Ordu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
Stoltenberq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin AES-dəki vəziyyəti izlədiyini və Agentliyin mütəxəssislərinin orada çalışdığını xatırladaraq deyib ki, NATO bu fəaliyyəti təqdir edir.
"Bu, vacibdir çünki Zaporojye AES Avropanın ən böyük AES-dir. Biz AEBA-nın mandatını dəstəkləyirik. AEBA-nın son qiymətləndirməsinə görə, indiki mərhələdə burada hər hansı mina və partlayıcıların olması ilə bağlı göstəricilər qeydə alınmayıb. Onlar eyni zamanda əlavə girişlərin verilməsini istəyiblər. Biz Rusiyanı AES-dən çəkilməyə, Ukraynanın və beynəlxalq ekspertlərin bura tam girişini təmin olunmasına çağırırıq. Vəziyyəti izləməyə davam edəcəyik", Stoltenberq əlavə edib.
Ordu.az