Stoltenberq: "İsveçin mümkün qədər tez NATO-ya qoşulmasını səbirsizliklə gözləyirik"

2023/04/Stolt-1680599999.jpg
Oxunub: 161     15:41     07 İyul 2023    
Vilnüs sammitində Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya liderləri də iştirak edəcək. Çünki bizim təhlükəsizliyimiz regional deyil, qlobaldır.

Ordu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq gələn həftə Vilnüsdə keçiriləcək sammitdən əvvəl mətbuata açıqlamasında deyib.

“Biz kibertəhlükəsizlik, dəniz təhlükəsizliyi və yeni texnologiyalar sahəsində bu ölkələrlə yaxından işləyirik. Aİ rəhbərliyi də Vilnüs sammitinə qatılacaq. Bu sammit həmçinin Finlandiya üçün bir ilk olacaq, bu ölkə ilk dəfə müttəfiq kimi sammitə qatılacaq.

Biz İsveçin də mümkün qədər tez NATO-ya qoşulmasını səbirsizliklə gözləyirik. Dünən İsveç, Finlandiya və Türkiyədən olan yüksək səviyyəli rəsmilərin iştirakı ilə konstruktiv görüşümüz oldu. Növbəti addım olaraq mən bazar ertəsi günortadan sonra Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə görüşəcəyəm”, - Stoltenberq qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   NATO  


Bizi "telegram"da izləyin