Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin (JMSDF) Baş Qərargah rəisi admiral Ryo Sakai bildirib.
Onun sözlərinə görə, İtaliya HDQ-nin F-35B təyyarələri gələcəkdə JMSDF-nin “Izumo” sinfinə məxsus JS “Izumo” (DDH 183) və JS “Kaga” (DDH 184) helikopter gəmilərinə enmə və qalxma icra edə biləcək.
“İtaliya HDQ ilə F-35 döyüş təyyarələrinin əməliyyatları ilə bağlı məlumat mübadiləsi apara bilərik”, - deyə Sakai qeyd edib.
Sevinc Əliyeva
Ordu.az