Rusiya Zaporojye AES-ə hücum edərsə, Polşa adekvat cavab verəcək

2023/07/1688626995.jpg
Oxunub: 260     10:51     06 İyul 2023    
Rusiya Ukraynada Zaporojye AES-ə hücum edərsə, Polşa adekvat cavab verəcək.

Ordu.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau “BBC Newsnight”a müsahibəsində deyib.

“Bu tamamilə yeni bir situasiya olacaq. Biz adekvat cavab verəcəyik”, - Rau bildirib.

XİN başçısı əlavə edib ki, belə bir zərbə NATO ərazisinin böyük bir hissəsinə təsir edəcəyi üçün alyans cavab verməli olacaq. “Ona görə də, bu, müvafiq cavab tələb edəcək. Məndən bu cavabın nə olacağını deməyimi gözləməyin”, - nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zaporojye   AES  


Bizi "telegram"da izləyin