Britaniyanın aparıcı universitetləri “SZ-dən etik istifadə” prinsipinə üstünlük verəcək

2023/07/28285-1688624977.jpg
Oxunub: 4818     17:14     06 İyul 2023    
Böyük Britaniyanın bəzi aparıcı universitetləri tədris və qiymətləndirmə proseslərini “süni zəkadan etik istifadə” prinsipini ehtiva edəcək şəkildə yenidən nəzərdən keçirəcəklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, Britaniyanın Kembric, Oksford və “London School of Economics” (LSE) kimi 24 aparıcı universiteti birləşdirən “Russell Group” adlı dərnək universitetlərin Süni Zəkadan (SZ) faydalanmasına kömək edəcək bir sıra prinsipləri özündə əks etdirən birgə bəyanat dərc edib.

Bəyanatda vurğulanıb ki, SZ və təhsil ekspertləri ilə əməkdaşlıqda hazırlanan yeni prinsiplər həm də məhsuldar SZ-nin risk və imkanlarını tanımağa imkan verəcək.

Qeyd olunub ki, yeni prinsiplərə uyğun olaraq, universitetlər tələbə və personalın SZ sahəsində savadlı olmasına dəstək verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   SZ  


Bizi "telegram"da izləyin