“Raytheon” AIM-120 AMRAAM üçün müqavilə imzalayıb

2023/07/1688448956.jpg
Oxunub: 187     14:16     05 İyul 2023    
ABŞ-da yerləşən dəqiq döyüş sursatları istehsalçısı “Raytheon” şirkəti bu ölkənin Hərbi Hava Qüvvələri (HHQ) ilə AIM-120 Qabaqcıl Orta Mənzilli “Hava-Hava” Raketi (AMRAAM) üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, AIM-120 D-3 və C-8 AMRAAM raketləri üçün imzalanan müqavilə 1,15 milyard dollar təşkil edir.

Müqavilə F3R olaraq da tanınan “Form, Fit, Function Refresh” proqramı çərçivəsində inkişaf etdirilən və həm raketin avadanlıqlarını yeniləyən, həm də “Agile” proqram təminatının təkmilləşdirilməsinə imkan verən son dərəcə inkişaf etmiş raketlərin beşinci istehsal partiyasını əhatə edir.

1,15 milyard dollarlıq müqavilə çərçivəsində istehsal olunacaq AMRAAM-ların alıcıları Bəhreyn, Belçika, Bolqarıstan, Kanada, Finlandiya, Macarıstan, İtaliya, Yaponiya, Hollandiya, Norveç, Qətər, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, İspaniya, İsveçrə, Ukrayna və Böyük Britaniya olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   AIM-120   AMRAAM  


Bizi "telegram"da izləyin