Yaponiyanın baş naziri Fumio Kişida çərşənbə axşamı Tokioda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüş keçirəcək. Bu görüş Fukusima atom elektrik stansiyasından radiasiyadan təmizlənmiş suyun buraxılması ilə bağlı razılıq əldə etmək üçün son addımlardan biri kimi qiymətləndirilir.
Ordu.az-ın Yaponiya mətbuatına istinadən verdiyi məlumata görə, AEBA rəhbəri ilə danışıqlardan sonra Kişidanın bu yay baş tuta biləcək boşalma vaxtı ilə bağlı yekun qərarın veriləcəyini gözləyir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Yaponiya
AEBA