Ukraynanın baş komandanı: “Rusiyanın nüvə təhdidlərindən qorxmuruq”

2023/06/89eb1-1688133498.jpg
Oxunub: 270     15:08     30 İyun 2023    
“Nüvə təhdidləri bizə mane olmayacaq, ərazilərimizi işğalçılardan təmizləməyə davam edəcəyik”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın “Vaşinqton Post” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Ukrayna ordusu üçün ən pis ssenari nüvə müharibəsidir: “Kəşfiyyat məlumatlarına əsasən onu deyə bilərəm ki, düşmən Zaporojye Atom Elektrik Stansiyasında (AES) da terror aktı hazırlaya bilər. Amma bütün bunlar bizə mane olmur. Biz öz işimizi görürük”.

Qeyd edək ki, Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin daha əvvəl demişdi ki, ölkənin təhlükəsizliyi üçün təhdid yaranarsa, nüvə silahı tətbiq edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin