Ordu.az xəbər verir ki, səfər işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri ilə tanış olmaq məqsədilə həyata keçirilib.
Nümayəndə heyətinə 60-a yaxın diplomat və hərbi attaşe, o cümlədən, 10 təşkilatın nümayəndəsi daxildir.
Səfər çərçivəsində xarici diplomatlar Azərbaycan və Ermənistan arasında Laçın sərhəd-keçid məntəqəsinin yerləşdiyi körpüyə gəliblər. Onlara Ermənistanın son təxribatları, nəticədə azərbaycanlı sərhədçinin yaralanması barədə məlumat verilib.
Sonrakı qonaqlar Laçında enerji bərpa işləri ilə tanış olublar. 1 dekabr küçəsində tikilmiş birinci yaşayış məhəlləsinə baxılıb, oraya qayıdan sakinlərlə söhbət aparılıb.
Diplomatik korpus təmsilçiləri tikilməkdə olan Aqrar-Sənaye Parkında və Laçın Bulvarında da olublar.
Səfərin sonunda xarici diplomatlar və hərbi attaşelər Zabux və Ağalı kəndlərində olublar.
Ordu.az