Ordu.az xəbər verir ki, iyunun 23-də başa çatan təlimdə 23 NATO müttəfiqindən, NATO üzvü olmayan 2 ölkə İsveç və Yaponiyadan 250-dən çox təyyarə və 10 min aviasiya heyəti iştirak edib.
Təlimin əsas elementləri Almaniya Hərbi Hava Qüvvələri (HHQ) və ABŞ-dan gələn 110 təyyarə ilə amerikalı pilotlar olub.
“Air Defender 2023” təlimində Türkiyə də 3 ədəd F-16 təyyarəsi ilə iştirak edib. Təyyarələr Merzifonda yerləşən 151-ci Eskadrilya Komandanlığından Almaniyaya uçub.
Türkiyə təyyarələri təlim zamanı təxminən 40 uçuş həyata keçirib.
Sevinc Əliyeva
Ordu.az