Yaponiya hökuməti: Müdafiə xərclərimizi artırmaq qərarı ABŞ-ın deyil, dövlətin təşəbbüsüdür

2023/06/1687500973.jpg
Oxunub: 181     10:09     23 İyun 2023    
Yaponiyanın müdafiə xərclərini artırmaq qərarı dövlətin öz təşəbbüsüdür.

Ordu.az xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno Tokioda keçirdiyi mətbuat konfransında deyib.

Hökumətin rəsmisi ABŞ Prezidenti Co Baydenin Yaponiyanı müdafiə xərclərini artırmağa təşviq etməsi ilə razılaşmayıb və bildirib ki, bu, Tokioya heç bir təsir olmadan dövlətin şəxsi təşəbbüsüdür.

“Biz ABŞ tərəfinə açıq şəkildə bildirdik ki, Yaponiyanın müdafiə xərclərinin artırılması dövlətin öz qərarına əsaslanır və xərclərin artırılması ilə bağlı Tokioya təsir edilməsi kimi bəyanatlar çaşdırıcı xarakter daşıyır”, - deyə Matsuno bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Bayden bir müddət əvvəl Yaponiyanın müdafiə xərclərini artırmaq siyasətinin onun səylərinin nəticəsi olduğunu bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ  


Bizi "telegram"da izləyin