Ordu.az xəbər verir ki, bu barədə yerli “Kyodo News” agentliyi məlumat yayıb.
Agentliyin sözlərinə görə, görüşlər barədə planlar gələn ili əhatə edir və Mərkəzi Asiya ölkələrinin liderləri ilə sammit formatının işlənib hazırlanması həyata keçiriləcək.
Qeyd eilib ki, Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməyə çalışan hakim Liberal Demokrat Partiyasının bir qrup deputatı ilə Kişida arasında görüş keçirilib. Görüş zamanı bu dövlətlərlə əlaqələrin genişləndirilməsi təklif olunub.
Bildirilib ki, bu, geosiyasi baxımdan mühüm regiondur, təbii ehtiyatlarla zəngindir və Yaponiya üçün böyük əhəmiyyət kəsb edir.
Yaponiya son zamanlar Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafına böyük diqqət yetirir.
Xatırladaq ki, ötən il dekabrın əvvəlində Tokioda region ölkələrinin hökumət və biznes nümayəndələrinin iştirakı ilə Mərkəzi Asiya İnvestisiya Forumu keçirilib.
Ordu.az