Qazaxıstan şirkətlərinin azad edilən ərazilərdə müxtəlif layihələrdə iştirakı perspektivləri müzakirə olunub

2023/06/1687424524.jpg
Oxunub: 6938     12:57     22 İyun 2023    
Qazaxıstan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə iştirakı perspektivləri müzakirə olunub.

Ordu.az-ın xəbərinə görə, bu barədə müzakirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən aparılıb.

Görüşdə Qazaxıstan tərəfindən Füzuli şəhərində uşaqlar üçün Yaradıcılığın İnkişafı Mərkəzinin inşası yüksək qiymətləndirilib, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, ölkələrimiz arasında neft, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, gəmiqayırma, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan  


Bizi "telegram"da izləyin