Somalidəki terror aktında 7 nəfər ölüb

2021/03/thumb-1615010587.jpg
Oxunub: 4191     21:07     21 İyun 2023    
Somalinin cənubundakı ordu bazasında iki minalanmış avtomobilin partladılması nəticəsində azı 7 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Somalinin "Radio Dalsan" radiostansiyası məlumat yayıb.

Partlayışlar Gedo bölgəsindəki Bardera şəhəri yaxınlığında yeni çağırışçılar üçün təlim düşərgəsində baş verib. Ölənlərlə yanaşı, yaralılar da var.

Öz növbəsində "Somali Guardian" xəbər portalı qeyd edir ki, partlayışlar efiopiyalı təlimatçıların Somali əsgərlərinə təlim keçdiyi ərazidə qeydə alınıb. Ölənlərin hamısı hərbçilərdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Terror  


Bizi "telegram"da izləyin