BMT-nin İnsan Hüquqları Şurası Ukrayna və Sudandakı vəziyyəti nəzərdən keçirəcək

2023/06/1686803306.jpg
Oxunub: 157     03:21     19 İyun 2023    
İsveçrənin Cenevrə şəhərində BMT İnsan Hüquqları Şurasının 53-cü sessiyası başlayır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, sessiya ərzində Ukrayna, Sudan, Əfqanıstan, Suriya, İran, Venesuela, Nikaraqua və digər ölkələrdəki vəziyyətə baxılacaq.

Sözügedən ölkələrdə miqrantların və köçkünlərin hüquqlarının təmin edilməsi müzakirəyə çıxarılacaq.

Sessiyanın ilk günündə BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk dünyada hüquq və azadlıqlar sahəsində vəziyyətə dair illik hesabatını təqdim edəcək. Bu mövzuda müzakirə iyunun 20 və 21-nə nəzərdə tutulub.

Forum iyulun 14-dək davam edəcək.

Qeyd edək ki, İnsan Hüquqları Şurası BMT-nin hökumətlərarası orqanıdır. O, 2006-cı ildə İnsan Hüquqları Komissiyasının varisi kimi yaradılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Ukrayna   Sudan  


Bizi "telegram"da izləyin