Britaniya kəşfiyyatı: Rusiya ordusu Baxmut uğrunda döyüşlərdə böyük itki verib

2023/06/1685780386.jpg
Oxunub: 367     13:02     18 İyun 2023    
Ukrayna hərbçilər cəbhədə hücumlarını davam etdirirlər. Bu arada, Rusiya ordusu Baxmut uğrunda döyüşlərdə böyük itki verib.

Bu barədə Ordu.az Britaniya Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Britaniya kəşfiyyatı qeyd edib ki, son günlər şiddətli döyüşlər davam edir. Ən gərgin döyüşlər Zaporojye vilayətində, Donetsk vilayətinin qərbində və Baxmut ətrafında gedir.

Kəşfiyyat məlumatlarına görə, Ukrayna bütün istiqamətlərdə hücum əməliyyatlarını davam etdirir və az uğur qazanıb.

“Cənubda Rusiya qoşunları tez-tez nisbətən effektiv müdafiə əməliyyatları aparırlar. Hər iki tərəf əhəmiyyətli itkilər verir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin