Rusiya “Leopard” və “Bradley” ələ keçirdiyini iddia edir

2023/06/rusya-1686726897.jpg
Oxunub: 246     13:22     14 İyun 2023    
Rusiya Ukraynada ələ keçirilən Almaniya tankları və ABŞ döyüş maşınlarının videosunu yayıb.

Ordu.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda Rusiya qüvvələri ilə Ukrayna hərbçiləri arasında gedən döyüş nəticəsində ələ keçirilən Almaniya istehsalı “Leopard” tankları və ABŞ istehsalı olan “Bradley” döyüş maşınları əks olunub.

“Reuters”in xəbərinə görə, Müdafiə Nazirliyi sözügedən videonun Ukrayna qüvvələrinin əks-hücum keçirməyə çalışdığı ərazilərdən biri olan Zaporojye cəbhəsində çəkildiyini iddia edir.

Nazirliyin rəsmi “Telegram” kanalında yayımlanan görüntülərdə Almaniya istehsalı olan 2 “Leopard” tankı və ABŞ istehsalı olan 2 zədələnmiş “Bradley” döyüş maşını olduğu anlaşılan döyüş vasitəsi görünür.

Nazirlik ələ keçirilən hərbi texnikanı “qənimətimiz” adlandırıb və izah edib ki, videoda “Vostok” (Şərq) qruplaşmasının əsgərləri texnikaya baxış keçiriblər.

Nazirliyin iddiasına görə, ələ keçirilən tankların mühərriklərinin hələ də işlək vəziyyətdə olması ukraynalı ekipajın nə qədər sürətlə geri çəkildiyini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Leopard   Bradley  


Bizi "telegram"da izləyin