Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamada bildirib.
Yaponiya Okinava prefekturasının İşiqaki, Miyako və Yonaquni adalarına “Patriot Advanced Capability-3” (PAC-3) bölmələrini yerləşdirib.
Bundan əlavə, Şərqi Çin dənizinə “Standard Missile-3” (SM-3) raketləri ilə təchiz edilmiş “Aegis” esminesi göndərilib.
Bu bölmələr uzadılmış əmrə uyğun olaraq “siqnal” vəziyyətində qalacaq.
Sevinc Əliyeva
Ordu.az