Ukrayna səfiri: "Dost Azərbaycan xalqına növbəti humanitar yardıma görə bir daha təşəkkür edirik" - YENİLƏNİB

2023/06/trend-1686318161.jpg
Oxunub: 409     17:37     09 İyun 2023    
“Biz dost Azərbaycan xalqına növbəti humanitar yardıma görə bir daha təşəkkür edirik. Bugünkü yardım Ukraynaya çatdırılandan sonra fəlakət bölgəsinə yola salınacaq”.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında deyib.

O bundan əlavə onu da qeyd edib ki, hazırkı yardımla yanaşı, həmçinin 20 ton yanacaq göndərilib.

“Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub. Deyə bilərik ki, bizim strateji tərəfdaşlığımız daha da yüksək səviyyəyə qalxıb. Bu əsl və səmimi dostluqdur”.

Səfir Kaxovka SES-in partladılması barədə də danışıb.

“Kaxovka SES-in partladılması ilə biz növbəti dəfə Rusiyanın terror əməlinin şahidi oluruq. Bu Rusiyanın növbəti hərbi cinayətdir, hansı ki genişmiqyaslı texnogen fəlakətə səbəb ola bilər. Əslində vəziyyət çox pisdir, çünki bütöv yaşayış məntəqələri su altında qalıb. Söhbət yüzlərlə qəsəbə və kəndlərdən gedir və təxminən 60 min kv km ərazini əhatə edir. Baş verən qəza nəticəsində yarım milyon kv.km ərazi quraqlığa məruz qala bilər. Qeyd etmək istəyirəm ki, artıq uzun müddətdir ki, Rusiya Ukrayna ərazisində hərbi aqressiya nümayiş etdirir, müharibə cinayətləri həyata keçirir. Kaxovka SES-də baş verən faciədən sonra Ukraynanın nəzarətində olan ərazilərdə xilasetmə işləri davam etdirilir. bu işlər bizim dostlarımızla birlikdə həyata keçirilir”, - o deyib.

***

Dost Azərbaycanın növbəti dəfə dəstəyini görürük.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan hər zaman Ukraynaya humanitar yardım göndərib. Hazırkı yardımla yanaşı, həmçinin 20 ton yanacaq göndərilib ki, bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub", - diplomat qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin