İslandiyanın Rusiyadakı səfirliyi avqustun 1-dən fəaliyyətini dayandıracaq

2023/06/5efe3-1686314970.jpg
Oxunub: 201     16:36     09 İyun 2023    
İslandiyanın Rusiyadakı səfirliyi 2023-cü il avqustun 1-dən fəaliyyətini dayandıracaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslandiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, İslandiya hökuməti Rusiya ilə diplomatik münasibətlərin dayandırılmasına dair qərar qəbul edib. Qərara əsasən, ölkənin Moskvadakı səfirliyi avqustun 1-dən fəaliyyətini dayandırır.

Vurğulanıb ki, İslandiya Rusiyadan da paytaxt Reykyavikdəki səfirliyin fəaliyyətini məhdudlaşdırmağı və diplomatik missiyanın səviyyəsini aşağı salmağı tələb edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İslandiya   Rusiya  


Bizi "telegram"da izləyin