Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - YENİLƏNİB

2023/06/trend-1686313333.jpg
Oxunub: 6110     18:11     09 İyun 2023    
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

Ordu.az xəbər verir ki, humanitar yardım bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

Qeyd edək ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə göndərilib.

***

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilir.

Ordu.az xəbər verir ki, humanitar yardım bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınır.

Qeyd edək ki, Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə ölkəmizdən Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkçələr və digər ləvazimatlar göndərilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ukrayna  


Bizi "telegram"da izləyin