ASELSAN-ın YILDIRIM-100 DIRCM sistemi KAAN-ı 5-ci nəsilə daşıyır?

2023/06/1686303381.jpg
Oxunub: 602     17:27     09 İyun 2023    
Türkiyənin ASELSAN şirkəti hava platformalarının infraqırmızı idarə olunan raketlərdən müdafiəsi üçün hazırladığı YILDIRIM-100 İstiqamətləndirilmiş İnfraqırmızı Raketlərə Qarşı Mübarizə (DIRCM) Sisteminin xüsusiyyətləri açıqlanıb.

YILDIRIM-100 qoşa qüllə konfiqurasiyasına sahib olacaq və hər bir qüllə yüksək güclü lazerlər istehsal edə bilən dəqiq izləmə qurğusu, lazer qurğusu sayəsində istiliklə idarə olunan raketlərə qarşı sinxronlaşdırılmış, çox diapazonlu istiqamətləndirilmiş lazer işarəsi tətbiq edəcək. Sistem həmçinin DIRCM sistemini idarə edən və raket xəbərdarlığı sistemi ilə əlaqə saxlayan idarəetmə blokunu da əhatə edəcək.


YILDIRIM-100-ün helikopterlərdə və digər hava platformalarında istifadə ediləcəyi gözlənilir. ASELSAN, həmçinin KAAN döyüş təyyarəsi üçün YILDIRIM-100-ün üst versiyası olan YILDIRIM-300-ü də hazırladığını bildirib.

YILDIRIM seriyası DIRCM sistemləri ilə hava platformalarının əks-tədbir imkanları zirvəyə çatdırılacaq. Hal-hazırda DIRCM istehsal edə bilən və onu öz platformalarında istifadə edə bilən ölkələrin sayı kifayət qədər məhduddur.

KAAN döyüş təyyarəsi üçün hazırlanmış YILDIRIM-300-ün tamamlanması ilə KAAN, son mərhələdə DIRCM ilə Su-57-dən sonra dünyanın ikinci 5-ci nəsil döyüş təyyarəsi olacaq.


DIRCM sistemləri nədir?

İstiqamətləndirilmiş İnfraqırmızı Raketlərə Qarşı Mübarizə Sistemləri, yəni DIRCM-lər hava və dəniz platformalarını infraqırmızı idarə olunan raketlərdən qorumaq üçün istifadə olunur.

Dəqiq gimbal ilə təchiz edilmiş sistemlər yüksək güclü lazer enerjisini yaxınlaşan infraqırmızı və ya ultrabənövşəyi IR/UV idarə olunan raketə göndərir. Bu lazer enerjisi ilə raketin axtarış başlığı donuqlaşdırılır və raket qorunan platformadan uzaqlaşır. DIRCM qüllələri platformada müxtəlif raket xəbərdarlığı sistemləri və “flare” (işıq saçan) sursatları ilə inteqrasiyada işləyir.


YILDIRIM-100-ün əsas xüsusiyyətləri:

Çoxzolaqlı lazer çıxışı
UV/İQ əsaslı Raket Xəbərdarlıq Sistemləri ilə uyğunluq
Tam qlobal mühafizəni təmin etmək üçün ikiqat qüllə konfiqurasiyası
Sürətli və həssas təhlükənin ələ keçirilməsi və izlənilməsi
Çoxsaylı təhlükə ssenariləri altında işləmək bacarığı
Hədəfdə yüksək lazer enerjisi yaratmaq
Kiçik ölçü və çəki, aşağı enerji istehlakı
Yüksək yararlılıq, aşağı texniki xidmət və aşağı həyat dövrü dəyəri


Bundan əlavə, ASELSAN bir çox müxtəlif elektro-optik sistemləri inkişaf etdirməyə davam edir. Bu sistemlər arasında KARAT-100, TOYGUN-100, IRIS-300, LİAS-300 kimi xəbərdarlıq və kəşfiyyat sistemləri var. ASELSAN bu sistemləri tamamladıqdan sonra Türkiyə hava platformaları üçün üstün elektro-optik dəstə sahib olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   YILDIRIM   DIRCM   KAAN  


Bizi "telegram"da izləyin