Hindistan və Almaniya arasında rekord məbləğdə sualtı qayıq müqaviləsi imzalanıb

2023/06/resim-3372592614.jpg
Oxunub: 281     15:13     09 İyun 2023    
Hindistan və Almaniya 5 milyard avro dəyərində sualtı qayıq müqaviləsi üzrə danışıqlar aparır.

Ordu.az xəbər verir ki, Almaniyanın “Thyssenkrupp” və Hindistanın “Mazagon” şirkətləri razılaşmaya çox yaxındırlar.

Hindistan sözügedən razılaşma ilə Rusiya hərbi texnikasından asılılığını azaltmağı planlaşdırarkən, Almaniya Berlinin müdafiə sənayesini gücləndirməyi hədəfləyir.

Çoxmilyardlıq sualtı sövdələşmə ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir.

Şirkətlər hər iki tərəfin 5 milyard avro dəyərində 6 sualtı qayığın birgə istehsalı planına dair anlaşma memorandumu imzalayıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Almaniya  


Bizi "telegram"da izləyin