Ordu.az xəbər verir ki, bunu VOMA terror təşkilatının rəhbəri Vova Vartanov deyib.
Onun sözlərinə görə, Ermənistan ordusu yavaşlayır, silah qanunu qəbul edilib, insanlar silah ala bilmirlər.
“Ordu yavaşlayır, silah qanunu qəbul edilib, insanlar silah ala bilmirlər, çünki qanunda nəzərdə tutulan təlim və lisenziya, bu məsələlər həllini tapmayıb, buna təxribat deyilir”, - deyə Vartanov qeyd edib.
Vardanov bildirib ki, ötən il hərbi təlimlər keçirilməli idi, amma ordu 3 gün əvvəl büdcənin olmadığını deyib imtina edib.
“İstənilən danışıqlar prosesi öz marağının irəli çəkilməsi prosesidir, başqa heç nə. 2020-ci ildən dövlət maşınımız xarab kimi görünür”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az