Ordu.az xəbər verir ki, Şotlandiya gəmiqayırma zavodunda sözügedən döyüş gəmisinin “qəsdən zədələnməsi” ilə bağlı araşdırmaya start verilib.
“BAE Systems” “HMS Glasgow”da təxminən 60 kabel kəsildikdən sonra təmirin qiymətləndirildiyini bildirib.
İnşa edilən 8 ədəd “Type 26” gəmisindən birincisi olan gəmi hazırda “BAE Systems”in gəmiqayırma zavodunda təchiz edilir.
Mövzu ilə bağlı açıqlamalar verən “BAE Systems” sözçüsü araşdırma üçün gəmidəki işlərin müvəqqəti olaraq dayandırıldığını qeyd edib.
“UK Defence Journal” nəşrinin verdiyi xəbərdə hadisənin bir mühəndis tərəfindən ödəniş mübahisəsi ucbatından törədildiyi iddia edilir.
Rabitə sistemləri üçün məlumat kabelləri və enerjini təmin edəcək elektrik kabelləri də daxil olmaqla, təxminən 23 min kabel çəkiləcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az