Ordu.az xəbər verir ki, Almaniyanın rəhbərlik etdiyi “Air Defender 23” gələn bazar ertəsi başlayacaq və təxminən 10 gün davam edəcək.
Təlimdə 25 NATO və tərəfdaş ölkədən 220-yə qədər hərbi təyyarə iştirak edəcək.
ABŞ-ın Almaniyadakı səfiri Emi Qatmann təlimlə bağlı təfərrüatları açıqlayaraq, təlimin sırf müdafiə xarakteri daşıdığını, eyni zamanda Rusiya da daxil olmaqla bəzi ölkələrə mesaj vermə məqsədi güddüyünü bildirib.
Sevinc Əliyeva
Ordu.az