İsrail MN: “Dəmir Günbəz” HHM sistemləri tam əməliyyat qabiliyyətinə çatıb

2023/06/1686292072.jpg
Oxunub: 1565     17:56     09 İyun 2023    
İsrail donanmasının “Saar 6” sinfinə məxsus korvetlərinə inteqrasiya olunmuş “Dəmir Günbəz” Hava Hücumundan Müdafiə (HHM) sistemləri tam əməliyyat qabiliyyətinə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi bildirib.

İsraildə fəaliyyət göstərən “Jpost” nəşrinin məlumatlarında bildirilir ki, “C-Dome” adlandırılan bu sistem İsrailin strateji varlıqlarına və infrastrukturuna qarşı təhlükələrin qarşısını almaq və zərərsizləşdirmək üçün “qeyri-adi” qabiliyyətini nümayiş etdirib.

İsrail Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “Saar”ın döyüşdə qarşılaşa biləcəyi cari və gələcək təhlükələrin simulyasiyası da daxil olmaqla bir sıra geniş sınaqlar aparılıb.

“Rafael” şirkətinin direktor müavini Ran Gozali bildirib ki, “C-Dome” ilə bağlı son canlı atəş sınaqlarının uğuru raketdən müdafiə sahəsində daha bir texnoloji sıçrayış təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   MN   Dəmir-Günbəz   HHM  


Bizi "telegram"da izləyin