Ordu.az xəbər verir ki, memorandum Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) yönəlib.
Filippin HHQ bir müddətdir ki, çoxməqsədli döyüş təyyarələrinin alınması üçün tenderlər keçirir. F-16 və JAS-39 “Gripen” tenderin sonuna qalıb. Tenderdə iştirak edən Pakistanın JF-17 və Hindistanın “Tejas” döyüş təyyarələri siyahıdan çıxarılıb.
F-16 “Block 70” təyyarələri ABŞ tərəfindən Filippinə təklif edilib. Lakin Filippin tərəfi 2,4 milyard dollarlıq təklifi çox baha olduğunu əsas gətirərək rədd edib. Büdcəyə uyğun olması məqsədilə Filippin HHQ üçün modernləşdirilmiş ikinci əl döyüş təyyarələrinin alınması planlaşdırılır.
İsveç təklifinə yeni nəsil avionika ilə modernləşdirilmiş JAS-39C/D təyyarələri daxildir. Qeyri-rəsmi mənbələrə görə, təyyarələr “C+” adlanır. Təyyarələrin ikinci əl və ya yeni istehsal ola biləcəyi təxmin edilir. “Saab” tərəfindən hazırlanmış AESA radarının da təyyarəyə quraşdırılacağı düşünülür.
ABŞ tərəfindən edilməsi gözlənilən yeni təklifin F-16 “Block 70” avionikası ilə yenilənmiş F-16 “Block 50/52” təyyarələri ola biləcəyi təxmin edilir. Filippin HHQ rəsmilərinin sözləri bunu təsdiqləyir.
“Gripen”i F-16-dan üstün edən onun Filippin HHQ-nin inventarındakı FA-50 döyüş təyyarələri ilə eyni F-404 mühərrikindən istifadə etməsidir.

Sevinc Əliyeva
Ordu.az