Polşanın FA-50GF döyüş təyyarəsi təqdim olunub

2023/06/2023--3372582894.jpg
Oxunub: 5051     15:15     09 İyun 2023    
“Korea Aerospace Industries” (KAI) şirkəti tərəfindən istehsal olunan və Polşaya ixrac ediləcək ilk FA-50GF yüngül hücum təyyarəsinin təqdimat mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, mərasimdə müdafiə naziri Li Yonq-sup və onun polşalı həmkarı Mariuş Blaşçak, o cümlədən Koreya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yunq Sanq-hva və Müdafiə Təchizat Proqramı İdarəsinin rəhbəri Eom Donq-hvan iştirak edib.

Gələn ay həyata keçiriləcək uçuş sınaqlarından sonra KAI bu ilin sonuna qədər 12 ədəd FA-50GF tədarük etməyi planlaşdırır.

2022-ci ilin sentyabrında KAI Varşava Silahlanma İdarəsi ilə 48 ədəd FA-50 reaktiv təyyarəsi tədarükü üçün müqavilə imzalayıb.

Bu il təhvil veriləcək 12 reaktiv təyyarəyə əlavə olaraq, KAI 2025-ci ilin ikinci yarısından 2028-ci ilə qədər FA-50PL adlı təkmilləşdirilmiş versiyadan 36 ədəd təhvil verməyi planlaşdırır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   FA-50GF   Döyüş-təyyarəsi  


Bizi "telegram"da izləyin