Türkiyə Müdafiə Sənayesi İsmayıl Dəmirin dövründə hansı inkişaflara imza atdı? – 9 İlin Xülasəsi

2023/06/1686302964.jpg
Oxunub: 455     15:27     09 İyun 2023    
2014-cü ilin aprelində Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri vəzifəsinə təyin olunan İsmayıl Dəmir işindən uzaqlaşması ilə əlaqədar vida mesajı yayıb.

Müdafiə Sənayesi Komitəsinin sədri vəzifəsini başa vuran İsmayıl Dəmir sosial media hesabından paylaşdığı vida mesajında bildirib:

“Müstəqilliyimiz və gələcəyimiz naminə tam müstəqil müdafiə sənayesi məqsədi ilə 12 aprel 2014-cü il tarixindən etibarən yerinə yetirdiyim Müdafiə Sənayesi Komitəsi sədri vəzifəmi başa vurdum.


Əvvəla, ölkəmizə xidmət etmək imkanı verən, güclü rəhbərliyi ilə hər zaman yol açan Prezidentimiz Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm. Müdafiə sənayemizin bu gün önə çıxması üçün həmkarlarıma və birlikdə yol getdiyimiz sənayemizin bütün maraqlı tərəflərinə təşəkkür etmək istərdim.

Hədəf tam müstəqil müdafiə sənayesidir. Bu məqsədə uyğun olaraq, bu mühüm işdə bayrağı üzərinə götürəcək dostlarımıza uğurlar və asanlıqlar arzulayıram”.

Dəmirin dövründəki müdafiə sənayesi fəaliyyətləri bu şəkildə sadalana bilər:

İsmayıl Dəmirin dövründə müdafiə sənayesi

İsmayıl Dəmir 12 aprel 2014-cü ildə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri vəzifəsinə təyin edilib. 9 ildən artıq müddət ərzində müdafiə sənayesi böyük tərəqqi və inkişaflar yaşadı.

MSK Milli Müdafiə Nazirliyinin nəzdində Müşavirlik olduğu halda, 2017-ci ilin dekabrında Prezidentə tabe olub. 2018-ci ildə Prezident Hökumət Sistemi ilə Müdafiə Sənayesi Komitəsi adı altında yenidən quruldu. Bu proseslər müdafiə sənayesi sektoru üçün yeni dövrün başlanğıcını qoydu.

Prezident Ərdoğanın liderliyi və sahib çıxması sayəsində qərarların qəbulu və həyata keçirilməsində daha sürətli və güclü bir quruluşla işlər davam etdirildi. Türkiyə müdafiə sənayesi tam müstəqillik hədəfinə uyğun olaraq güclü şəkildə irəliləməyə davam etdi.

Bu dövrdə Türkiyə müdafiə sənayesi sahəsində bazar olmaqdan çıxdı və aktor olmaq yolunda mühüm addım atdı. Yerli və milli imkanlarla istehsal olunan platformalar dünyada adından söz etdirməyə başladı, hətta bəziləri oyun dəyişdirici oldu.

Dəmirin dövründə müdafiə sənayesindəki rəqəmlərə baxsaq, 2014-cü ildə 1,5 milyard dollar olan müdafiə və avasiya ixracatı 2022-ci ildə 4,4 milyard dollara çatıb. 2004-cü ildə 5,1 milyard dollar olan müdafiə və avasiya dövriyyəsi 2022-ci ilin sonuna qədər ümumilikdə 12,2 milyard dollara çatıb. 2014-cü ildə 361 müdafiə layihəsi həyata keçirildiyi halda, 2023-cü ildə bu rəqəm 810-u keçib.

Son 9 ildə Türkiyə müdafiə sənayesində yaşanan mühüm ilklər:

Dünyanın ilk PUA gəmisi olan TCG “Anadolu” təhvil verildi - 2023
İlk milli döyüş təyyarəsi “Kaan” uçuş-enmə zolağına çıxdı - 2023
İlk milli reaktiv mühərrikli təyyarə “Hürjet” ilk uçuşunu etdi - 2023
İlk milli pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” ilk uçuşunu etdi - 2022
İlk milli kəşfiyyat gəmisi TCG “Ufuk” inventara daxil oldu - 2022
İlk milli freqat “İstanbul” suya salındı - 2021
İlk milli hücum PUA-sı “Akıncı” inventara daxil oldu - 2021
İlk milli gəmi əleyhinə “Atmaca” raketi inventara daxil oldu - 2021
İlk milli silahlı insansız dəniz platforması “Ulaq”ın kütləvi istehsalına başlandı - 2021
Kosmosda ilk türk vasitəsi olan “Sonda” raketi buraxıldı - 2020
İlk orijinal helikopter T625 “Gökbey” ümumi məqsədli helikopteri ilk uçuşunu etdi - 2018
İlk milli PUA mühərriki PD170 təhvil verildi - 2018
İlk milli hava hücumundan müdafiə sistemi “Korkut” inventara daxil oldu - 2016
İlk milli piyada tüfəngi MPT-76-nın kütləvi istehsalına başlandı - 2016
İlk milli orta hündürlükdə uzun müddət uça bilən PUA “Bayraktar TB2” inventara daxil oldu - 2014
İlk milli hücum helikopteri T129 “Atak” inventara daxil oldu - 2014



Təkcə 2023-cü ildəki önəmli nailiyyətlər:


“İmece” yer müşahidə peyki kosmosa buraxıldı - 2023
“Kılıçsat” “Cubesat” peyki kosmosa buraxıldı - 2023
“Gökdeniz” yaxın hava hücumundan müdafiə sistemi gəmilərə inteqrasiya olunmağa başladı - 2023
ZAHA zirehli amfibiya hücum vasitəsinin ilk çatdırılması həyata keçirildi - 2023
“Merter Sırt” tipli radioelektron hücum sistemi təhvil verildi - 2023
Pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” avtonom şəkildə yaxın qol uçuşu etdi - 2023
“Altay” tankları hərbi sınaqları başa çatdırmaq üçün Mehmetçiyə təhvil verildi - 2023
Reaktiv mühərrikli “Anka-3” ilk dəfə uçuş-enmə zolağına çıxdı - 2023
Yerli mühərrikli orijinal helikopter “Gökbey” ilk uçuşunu etdi - 2023
Ağır sinif hücum helikopteri “Atak-2” ilk uçuşunu həyata keçirdi - 2023
Dünyada ilk dəfə PUA-dan (“Akıncı”) “Çakır” qanadlı raketi buraxıldı - 2023
Türkiyədə ilk dəfə silahlı insansız dəniz platformasından (MİR-SİDA) torpedo atışı həyata keçirildi - 2023
8×8 təkərli xilasetmə vasitələrinin çatdırılması həyata keçirildi - 2023



MİLGEM “İstif” sinfinə məxsus 6-cı, 7-ci və 8-ci gəmilərin qaynaq mərasimi həyata keçirildi - 2023
“Ulak” 4.5G baza stansiyası “Anka” PUA-sına inteqrasiya edilərək ilk səs və video rabitəsi həyata keçirildi - 2023
Zəlzələ bölgəsinə 8 milyard TL investisiya və 2500 nəfər üçün məşğulluq proqramı başladıldı - 2023
“Özgür” layihəsi çərçivəsində avionik modernləşdirilməsi tamamlanan ilk F-16-lar təhvil verildi - 2023
Türkiyənin ən uzun mənzilli ballistik raketi “Tayfun”un sınaq atışı ikinci dəfə uğurla həyata keçirildi - 2023
Dəniz Piyadaları Korpusunun güc multiplikatoru ZAHA zirehli amfibiya hücum vasitələri inventara daxil oldu - 2023.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Sənayesi   İsmayıl-Dəmir  


Bizi "telegram"da izləyin