Hərbi Prokurorluq: Kütləvi məzarlıqlardan 400-dən artıq insan meyit qalıqları aşkarlanıb

2023/06/4gdf5-1685789138.jpg
Oxunub: 4262     14:34     03 İyun 2023    
"İndiyədək aşlarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları tapılıb".

Ordu.az xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kütləvi məzarlıqlar Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Şöbə rəisi bildirib ki, məzarlıqlardan tapılan insan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı 200-dən artıq məhkəmə molekulyar genetik ekpertizası təyin olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şuşa   Məzarlıq  


Bizi "telegram"da izləyin