Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə missiyanın yaydığı məlumatda deyilir.
"Zveçan bələdiyyəsində keçirilən etiraz nümayişçilərinin qarşısının alınması zamanı çoxmillətli kontingentin 25-ə yaxın hərbçisi yaralanıb", - məlumatda qeyd edilir.
Bildirilir ki, missiyanın italyan, macar kontingenti daha çox hücuma məruz qalıb və müxtəlif xəsarətlər alıblar. Onlara tibbi yardım göstərilib, hazırda həkim nəzarətindədirlər.
Missiya komandiri Ancelo Mişel Ristuçça vurğulayıb ki, NATO bölmələrinə əsassız hücumlar qəbuledilməzdir və missiya mandatını qərəzsiz yerinə yetirməyə davam edəcək.
Ordu.az