Şolts Ərdoğanı Almaniyaya dəvət edib - YENİLƏNİB

2023/05/6474b-1685373357.jpg
Oxunub: 3057     20:17     29 May 2023    
Almaniya Kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Kanslerinin Ofisi məlumat yayıb.

Bildirlib ki, Olaf Şolts Türkiyə Respublikasının yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanla bu gün telefonla danışıb və onu seçkidə qalib gəlməsi münasibətilə təbrik edib.

"Kansler Almaniya ilə Türkiyə arasında sıx əlaqələri, NATO-da ortaq müttəfiqliyi vurğulayıb. Tərəflər hökumətlər arasında əməkdaşlığa gücləndirmək və ümumi prioritetlər barədə razılığa gəliblər. Digər məsələlərlə yanaşı, onlar Şərqi Aralıq dənizində vəziyyətin müsbət istiqamətində dəyişməsini, NATO-da qəbul edilən qərarlar və Türkiyənin Avropa İttifaqı ilə münasibətləri üzərində birgə işləmək istədiklərini bəyan ediblər. Bu məqsədlə federal kansler yenidən seçilən prezidenti Berlinə səfərə dəvət edib", - deyə Almaniya Kanslerinin Ofisindən bildirilib.

***

Almaniya kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.

Qeyd olunub ki, Olaf Şolts Ərdoğanı seçkidə qazandığı qələbə münasibətilə təbrik edib və yeni dövrdə Türkiyə ilə ortaq məsələləri inkişaf etdirmək istədiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Ərdoğan  


Bizi "telegram"da izləyin