İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Qarabağ KOB-ları Proqramına start verilib.
Ordu.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov özünün tviter hesabında yazıb.
"Layihə çərçivəsində 50 şəhid ailəsi üzvünün, qazinin və müharibə iştirakçısının sosial rifahının yaxşılaşdırılması üçün biznes qurumlarına dəstək göstəriləcək", - O. Məmmədov qeyd edib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Qarabağ