Bəhreynin iki vətəndaşı Səudiyyə Ərəbistanında edam olunub

2023/05/1685368600.jpg
Oxunub: 2890     17:39     29 May 2023    
Bəhreynin iki vətəndaşı Səudiyyə Ərəbistanında edam olunub.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilib ki, Cəfər Məhəmməd və Sadiq Məcid Bəhreyndə axtarışda olan şəxslərin başçılıq etdiyi terror qruplaşmasına qoşulmaqda ittiham olunublar.

Onlar həm də Səudiyyə Ərəbistanı və Bəhreynin təhlükəsizliyini təhdid etməkdə təqsirli biliniblər.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanında terrorçu qruplaşmalara qoşulmaqda və krallığın təhlükəsizliyini təhdid etmək ittiham olunan 4 nəfər edam edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreynin   Səudiyyə-Ərəbistan  


Bizi "telegram"da izləyin