Zalujnı: "Rusiya Ukraynaya 11 "İsgəndər" raketi atıb, raketlərin hamısı vurulub"

2023/05/1685359688.jpg
Oxunub: 8104     15:26     29 May 2023    
Rusiya son raket hücumunda Ukrayanın Kiyev vilayətinə 11 ədəd “İsgəndər-M” və “İskəndər-K” raketləri endirib.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı bildirib.

"Ümumilikdə şimal istiqamətindən 11 raket atılıb ki, bunlar "İskəndər-M" və "İskəndər-K" raketləridir. Bütün raketlər hava hücumundan müdafiə vasitələri ilə məhv edilib", - Valeri Zalujnı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin