Rusiya hərbi qüvvələri Xarkov vilayətini atəşə tutub, yaralılar var

2023/02/dfgdf-1676032064.jpg
Oxunub: 1837     14:35     29 May 2023    
Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov vilayətinin Kovşarovka kəndini atəşə tutub, yaralılar var.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov bildirib.

Onun sözlərinə görə, atəş nəticəsində 73, 85 və 90 yaşlı 3 nəfər, o cümlədən hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq xəsarət alıb.

Kənddə yataqxana binası, 2 fərdi yaşayış evi və qaz xətti zədələnib.

Rusiya qüvvələri Qluşkovka kəndini də atəşə tutublar. Orada 60 yaşlı qadın yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin