Rişi Sunak Ərdoğanı təbrik edib

2022/10/1666415512.jpg
Oxunub: 2959     14:04     29 May 2023    
Böyük Britaniyanın Baş nazir Rişi Sunak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə Britaniya baş nazirinin ofisindən verilən məlumatda deyilir.

Bildirilib ki, baş nazir Rişi Sunak Ərdoğanla telefon danışığı aparıb. O, iqtisadi tərəfdaşlar və yaxın NATO müttəfiqləri kimi Böyük Britaniya ilə Türkiyə arasında güclü əlaqələri bir daha təkrarlayıb.

Sunak, Türkiyənin bu ilin əvvəlində baş verən dağıdıcı zəlzələlərdən sağalması haqqında fikirləşdiyini qeyd edib və Böyük Britaniyanın türk xalqı ilə davamlı həmrəyliyini vəd edib.

Liderlər ortaq problemləri həll etmək üçün sıx əməkdaşlığı davam etmək barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sunak   Ərdoğan  


Bizi "telegram"da izləyin