Moskvanın yeddi rayon məhkəməsi “bomba” təhlükəsi ilə bağlı təxliyə edilib

2023/05/64747-1685355756.jpg
Oxunub: 4105     13:59     29 May 2023    
Moskvanın yeddi rayon məhkəməsinə bomba qoyulması ilə bağlı məlumat daxil olub.

Ordu.az-ın yerli KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik səbəbi ilə məhkəmə binasında olanlar təxliyə edilib.

Moskvanın Xamovniçeski, Kuzminski, İzmailovski, Çertanovski, Perovski, Timiryazevski və Basmannı rayon məhkəmələrinə bomba qoyulması ilə bağlı məlumat daxil olub. Nəticədə məhkəmə binaları tam təxliyə edilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kinoloqlar xidməti itləri ilə məhkəmə binalarını yoxlayırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Bomba  


Bizi "telegram"da izləyin