Prezident: "Qazaxıstanla xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələri böyük tarixə malikdir"

2023/05/64747-1685355177.jpg
Oxunub: 7069     13:29     29 May 2023    
Azərbaycanla Qazaxıstan arasında fəal əməkdaşlıq həyata keçirilir.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edən zaman bildirib.

Dövlət başçısı, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğulayıb.

Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd etdi, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirdi. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını dedi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qazaxıstan  


Bizi "telegram"da izləyin