Rusiya XİN başçısının müavini: "Moskva Ankara ilə bütün strateji layihələri həyata keçirməyi hədəfləyir"

2022/07/17399-1656692705.jpg
Oxunub: 5715     13:14     29 May 2023    
Moskva Ankara ilə bütün strateji layihələri həyata keçirməyi hədəfləyir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı bildirib.

Onun sözlərinə görə, Moskva və Ankaranın iqtisadi layihələri regional təhlükəsizliyin mühüm elementi olaraq qalır:

"Rusiya Federasiyası ilə Türkiyə arasında bütün razılaşmalar sistem xarakterlidir, qaz qovşağı layihəsi üzrə işlər plan üzrə aparılır.
Moskva və Ankara siyasi dialoqu, həmçinin turizm və mədəniyyət sahəsində qarşılıqlı fəaliyyəti davam etdirəcək".

Rusiya XİN başçısının müavini taxıl sazişində Türkiyənin oynadığı roldan da danışıb.

"Türkiyə taxıl müqaviləsində müsbət rol oynayıb. İndi top Rusiya Federasiyasına qarşı qeyri-qanuni sanksiyalar tətbiq edənlərin tərəfindədir. Rusiya Federasiyasının tərəfdaşları Rusiya ərzaq məhsullarının ixracı qarşısındakı maneələri aradan qaldırmalıdır, siyasi bəyanatlar artıq kifayət etmir", deyə rusiyalı diplomat əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN  


Bizi "telegram"da izləyin