“Joğovurd”: Ermənistan BQ rəisinin keçmiş müavini dindirilib

2023/05/60-87-1685349693.jpg
Oxunub: 3245     14:20     29 May 2023    
Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Arşaluys Paytyanı dindirməyə dəvət edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr səbəbə aydınlıq gətirib.

“Prokurorluq bu yaxınlarda yazmışdı ki, Ermənistan Müdafiə Nazirliyi 22 iyul 2011-ci il tarixində imzalanmış daşınmaz əmlak alqı-satqısı müqaviləsinə əsasən, bir sıra qanuni tələbləri və qaydaları pozmaqla, birbaşa satış yolu ilə Davit Bek küçəsi 155/3 ünvanında yerləşən dövlətə məxsus 12.500 kvadratmetr torpaq sahəsini 87 milyon drama ölkənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-mayor Arşaluys Paytyana satıb. Qeyd olunub ki, araşdırma zamanı aşkar edilmiş halların Ermənistan Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin əlamətlərini ehtiva etdiyini nəzərə alaraq, prokurorluq 2023-cü il mayın 5-də araşdırmanın nəticələrini cinayət işinin başlanılıb-başlanmaması barədə qərar qəbul etmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərib. Arşaluys Paytyan 2012-ci ildə orduya camış əti tədarük etdiyinə və böyük zərər vurduğuna görə vəzifəsindən azad edilmiş, Baş Qərargah rəisinin keçmiş müavini Arşaluys Paytyandır. Hüquq-mühafizə orqanları onu indi yenidən xatırlayıblar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dindirmə  


Bizi "telegram"da izləyin