“Noyabrın 9-da sənədin anklavlar qeyd edilmədən yekun variantı Baş nazirə təqdim edilib” - Ermənistanın sabiq müdafiə naziri

2022/07/sdf45-1657016533.jpg
Oxunub: 469     13:19     29 May 2023    
“Ermənistan Baş naziri Nikol Paşinyanın mayın 22-də baş tutmuş mətbuat konfransından sonra 44 günlük müharibə zamanı atəşkəs imzalanması barədə danışıqlar ilə bağlı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan mənim, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın, özünün, Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyanın hərəkətlərini qeyd edib, lakin mən hər hansı bir rəsminin, o cümlədən MTX-nin yeni təyin olunan rəisinin 10 noyabr üçtərəfli bəyanatının məzumununun tərtib edilməsi məsələsində göstərdiyi səylərin həcmi ilə bağlı qiymətləndirmələr vermək istəmirəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın hazırda həbsdə olan keçmiş müdafiə naziri Davit Tonoyan öz bəyanatında bildirib.

“Bənzər qiymətləndirməni Ermənistan tərəfdən Rusiya Prezidenti ilə danışıqlar aparan yeganə şəxs - Ermənistan Baş naziri verə bilər. Ermənistan Baş naziri məsləhətləşmələrdə iştirak edən bütün qurumların rəhbərlərinin işini şəxsən əlaqələndirib və koordinasiya edib”, - deyə o qeyd edib.

Sabiq erməni nazir vurğulayıb ki, noyabrın 9-da sənədin anklavlar qeyd edilmədən yekun variantı Baş nazirə təqdim edilib.

“2020-ci il noyabrın 9-da axşam saatlarında Ermənistan Baş naziri ilə aparılmış məsləhətləşmələr nəticəsində o, qərar qəbul etdi ki, üçtərəfli bəyanatın 9 noyabr variantını imzalamayacaq. Eyni zamanda mənə, Xarici İşlər Nazirliyinə və digər qurumlara onun mövqeyini rusiyalı tərəfdaşlarımıza çatdırmağı tapşırdı. Qeyd olunan tapşırığı almamışdan əvvəl saat 18:30 radələrində Azərbaycan Naxçıvan ərazisindən Rusiyaya məxsus helikopteri vurdu və qəza haqqında tam məlumat əldə edilməzdən əvvəl mən Ermənistan Baş nazirinin qəbulunda rusiyalı həmkarımla kifayət qədər çətin söhbət etdim. Gələcəkdə kimsə tərəfindən faktların təhrif edilməməsindən çıxış edərək başqa təfərrüatlar haqqında yalnız parlament istintaq komitəsində, yəni icazə verilən sərhədlər çərçivəsində açıq, ictimai iclasda Ermənistan Baş nazirinin iştirakı şərtiylə danışa bilərəm”, - deyə Tonoyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tonoyan  


Bizi "telegram"da izləyin