Paşinyan seçkilərdən sonra Ankara ilə normallaşma prosesinin davam edəcəyinə ümidvardır

2023/05/1685173385.jpg
Oxunub: 3470     12:24     29 May 2023    
Ümid edirəm ki, Türkiyədə prezident seçkilərindən sonra İrəvan və Ankara münasibətlərin normallaşması prosesini davam etdirəcək.

Ordu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Baş nazir parlamentdə bildirib ki, Rusiya, Aİ, İran, Gürcüstan kimi tərəfdaşlarla əlaqələrin inkişafı da gündəmdədir.

O, həmçinin regionda və dünyada “qeyri-adi vəziyyətin” yarandığını xatırladıb. Paşinyan bir daha vurğulayıb ki, Ermənistanın xarici təhlükəsizliyini təmin etməyin yeganə yolu sülhdür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin