Hərbi institutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının slayd-təqdimatı keçirilib - FOTO

2023/05/c3205-1685347678.jpg
Oxunub: 6452     12:07     29 May 2023    
Heydər Əliyev adına Hərbi İnstitutda “Elmi məqalələrin yeni tələblərə uyğun yazılması və tərtib edilməsi” mövzusunda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının slayd-təqdimatı keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Seminarda Müdafiə Nazirliyinin nümayəndələri və hərbi institutun zabit, professor-müəllim heyəti iştirak edib.

Seminarda öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru general-leytenant, professor Heydər Piriyevin təbriki seminar iştirakçılarının və jurnalın redaksiya heyətinin diqqətinə çatdırılıb, seminar iştirakçılarının işinə və redaksiya heyətinə uğurlar arzulanıb.

Sonra “Elmi Əsərlər” jurnalının 2023-cü ilin 21-ci cildinin 1-ci sayının hazırlanması ilə bağlı görülmüş işlər, təqdim olunmuş məqalələrlə bağlı geniş hesabat dinlənilib. Seminarda elmi məqalələrin yeni tələblərə uyğun yazılması, tərtib edilməsi, mövcud norma və prinsiplər, müasir yanaşmanın tətbiqinin vacibliyi, bu istiqamətdə müəllifin əsas vəzifələrinin müəyyənləşməsi haqqında məlumatlar seminar iştirakçılarına geniş formada izah edilib.

Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutun “Elmi Əsərlər” jurnalının 2023-cü ilin 21-ci cildinin 1-ci nömrəsinin slayd-təqdimatı olub və jurnalın texniki xüsusiyyətləri, forma və məzmunu barədə məlumatlar verilib.

Çıxış edənlər seminarla və “Elmi Əsərlər” jurnalı ilə bağlı fikirlərini bölüşüb, müzakirələr aparıb, təklif və tövsiyələrini bildiriblər.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-institut   MN  


Bizi "telegram"da izləyin