Ordu.az xəbər verir ki, nazir bu ianənin Ukraynanın Rusiyanın davamlı hücumları qarşısında səmanı qorumasına kömək edəcəyini qeyd edib.
Kanadanın daha əvvəl NASAMS Hava Hücumundan Müdafiə (HHM) sistemi yardımı göstərdiyini nəzərə alsaq, göndərilən AIM-9 raketlərinin NASAMS-la əlaqədar olma ehtimalı daha yüksəkdir.
Kanada MN onu da qeyd edib ki, aprel ayında elan edilmiş yüngül silah və sursatların tədarükü hazırda davam edir. Önümüzdəki həftələrdə 1 milyon ədəd 5,56 mm-lik mərmi və 4800 tüfəngin çatdırılması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az