Ordu.az xəbər verir ki, öz sinfinin ilk gəmisi olan "Piri Reis" sualtı qayığının sınaq prosesi davam edir.
Layihə çərçivəsində istehsalı planlaşdırılan digər sualtı qayıqlar üçün də proqram davam edir.
Seriyanın 6-cı sualtı qayığı olan "Selman Reis" sualtı qayığının ilk qaynaq mərasimi 2022-ci ilin may ayında keçirilib.
Beynəlxalq ədəbiyyatda "Type-214TN" ("Turkish Navy") kimi qeyd edilən sualtı qayıqlara ilk dəfə "Cerbe" sinfi adı verilib. Təftiş prosesindən sonra bugünkü adı olan "Reis" sinifi olaraq adlandırılmağa başlayıb.
Sevinc Əliyeva
Ordu.az