"Modernləşdirilən F-16 "Blok 30", "Blok 40" və "Blok 50"lərdən milli sursatlar atıla bilər" - İsmayıl Dəmir

2023/05/f-16--5056011924.jpg
Oxunub: 499     12:56     29 May 2023    
"Türkiyə ABŞ-dan F-16 "Blok 70 Viper" döyüş təyyarəsi almağı hədəfləyir".

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

O qeyd edib ki, xaricdən alınan F-16 "Blok 70"dən milli sursatlar atıla bilməz.

"Ancaq "Özgür" layihəsi çərçivəsində modernləşdirilən F-16 "Blok 30", "Blok 40" və "Blok 50"lərdən atıla bilər. F-16 "Blok 40" və "Blok 50"lərə "Özgür" Modernizasiyasını tətbiq etmək üçün rəsmi qərar qəbul etdik. ASELSAN tərəfindən hazırlanan AESA Radarı "Özgür" F-16-lara inteqrasiya edildikdə, biz "hava-hava" raketlərimizlə yüzlərlə kilometrdən hədəfləri təsbit edə və onları çox uzaq məsafədən vura biləcəyik”, - deyə Dəmir bildirib.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin