Avropanın ən böyük HHQ təlimi başlayır

2023/05/1685333904.jpg
Oxunub: 1931     04:11     29 May 2023    
Finlandiya, Norveç və İsveçin Hərbi Hava Qüvvələri mayın 29-dan iyunun 9-dək ən böyük “Arctic Challenge” 2023 təlimini keçirəcək.

Ordu.az-ın xəbərinə görə, bu hərbi təlimlərə planlaşdırma və rəhbərlik üçün cavabdeh olan Finlandiya Hərbi Hava Qüvvələri rəhbərlik edir.

“Təlimdə 14 ölkənin silahlı qüvvələrinin 3000-ə yaxın hərbi qulluqçusu və 150 ​​təyyarəsi iştirak edəcək”, - məlumatda deyilir.

Təlimlərdə Finlandiya, Norveç və İsveçlə yanaşı, Hollandiya, Belçika, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Almaniya, İsveçrə, Danimarka, Çexiya və ABŞ nümayəndələri də iştirak edəcək.

Təlimlərdə NATO nümayəndələri də öz AWACS təyyarələri ilə iştirak edəcəklər. Tədbirlərdə həmçinin nəqliyyat təyyarələri, yanacaq dolduran təyyarələr də iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   HHQ  


Bizi "telegram"da izləyin