Zelenski Ərdoğanı qələbə münasibəti ilə təbrik edib

2023/05/1685333497.jpg
Oxunub: 318     02:01     29 May 2023    
Bazar günü, mayın 28-də Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qələbəsi münasibətilə təbrik edib, həmçinin dövlətlər arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Ordu.az-ın xəbərinə görə, bu barədə Zelenski Tvitterdə bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edirəm”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, Ukrayna tərəfi iki dövlət arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, Avropanın təhlükəsizliyi və sabitliyinin təmin edilməsi üçün əməkdaşlığın gücləndirilməsinə ümid edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ərdoğan  


Bizi "telegram"da izləyin